Lyayen Ukraynaya yeni yardım paketini açıqladı

14.05.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı (Aİ) Ukraynaya 6 milyard avroluq yardım paketini yekunlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkədə məlumat verib.

“Biz pilotsuz uçuş aparatlarının tədarükü üçün 6 milyard avroluq yardım paketini yekunlaşdırırıq”, - o bildirib.

Lyayenin sözlərinə görə, Aİ sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına təzyiq göstərməkdə və Ukraynanı gücləndirməkdə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью