Lynk & Co 10 EM P nin Azərbaycanda təqdimatı xüsusi konseptində keçirildi

11.08.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lynk & Co Azərbaycan yeni Lynk & Co 10 EM-P modelinin rəsmi təqdimatını keçirib. 

Lynk & Co Club Azerbaijan çərçivəsində təşkil olunan tədbir Royal Ascot at yarışlarından ilhamlanan xüsusi konseptdə baş tutub. 

Tədbir çərçivəsində yeni Lynk & Co 10 EM-P də qonaqlara təqdim edilib. 

Ağıllı EM-P hibrid texnologiyası ilə təchiz olunan model təxminən 530 at gücü təqdim edir, 0-dan 100 km/saata 5,9 saniyəyə sürətlənir və qarışıq rejimdə 1300 km-dək məsafə qət edir.

Turnir zamanı ilk üç yeri tutan iştirakçılar Lynk & Co Azərbaycanın direktoru Orxan Bayramov və Lynk & Co Global-ın direktoru Buruce Lee tərəfindən təltif ediliblər. 

Lynk & Co avtomobilləri Azərbaycanda rəsmi distributor tərəfindən 5 il və ya 150 000 km zəmanətlə təqdim olunur.

Yeni Lynk & Co 10 EM-P ilə Əhməd Rəcəbli 40B ünvanında yerləşən rəsmi satış mərkəzində yaxından tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью