Lyuis Hamilton “Ferrari” SF 26”nı test etmək barədə danışıb FOTO

29.01.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Yeddiqat dünya çempionu Lyuis Hamilton Barselonada “Ferrari” SF-26-nı quru hava şəraitdə test etməyi arzuladığını bildirib.

İdman.Biz xəbər verir ki, bu barədə o, çərşənbə axşamı yağan yağışlı hava şəraitində keçirilən sınaqlardan sonra danışıb.

“Ümid edirəm ki, maşını quru yolda sınaya bilim, balansını başa düşüm və yeni “Straight-Line Mode” rejimini (birbaşa xətdə istifadə olunan rejim) öyrənim. Mən hələ onu quru yolda idarə etməmişəm, ona görə tam təsəvvürüm yoxdur. Yağışlı şərait yalnız ön hissəni anlamağa imkan verdi. Eyni zamanda güc bölgüsünü öyrənmək vacibdir - batareyanın səmərəli istifadəsi və yenidən yüklənməsi həqiqətən həlledici olacaq. Çox böyük iş görmüşük. Hamı simulyatorda çox çalışıb, ona görə bu, tamamilə yeni deyil. Amma hələ test sessiyaları keçirməli, məlumatları analiz etməli və hər şeyi optimallaşdırmalıyıq”, - deyə Hamilton açıqlamasında bildirib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью