Lyuis Hemilton Leklerlə insidentdən sonra qərarı “Ferrari”yə buraxıb

23.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Formula-1”də İtaliyanın “Ferrari” komandasını təmsil edən Lyuis Hemilton Las-Veqas Qran-prisində komanda yoldaşı Şarl Leklerlə yaşadığı insidentə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot hadisənin təfərrüatlarına varmaq istəmədiyini söyləyib. O, insidentdən sonra yenidən diqqətini yarışa yönəltdiyini və mübarizəyə qayıtdığını, lakin daha sonra bir daha geriyə düşdüyünü qeyd edib.

Hemilton bütün bunlara baxmayaraq təslim olmadığını və mümkün qədər yaxşı nəticə qazanmağa çalışdığını vurğulayıb. Onun fikrincə, “Ferrari”nin həmin gün nümayiş etdirdiyi sürət podium uğrunda mübarizə aparmağa imkan verirdi.

Komanda daxilində mübarizə qaydaları barədə suala isə Hemilton belə cavab verib:

“Bütün qərarlar “Ferrari”yə aiddir. Əlimdən gələni etmişəm, deyiləsi hər şeyi, hətta artığını da demişəm”.

Pilot vəziyyətin çətin olduğunu, öz vəzifəsini yarışlara gəlib bütün gücünü ortaya qoymaqda gördüyünü bildirib. O, komanda rəhbərliyinin məsələyə daxildə həll tapacağına ümid etdiyini əlavə edib.

Qeyd edək ki, yarışın 38-ci dövrəsində Leklerlə təmasdan sonra Hemiltonun bolidi fırlanıb. Monakolu pilot insidentə görə on saniyə cərimə alıb və onuncu olub. Hemilton isə yarışı yeddinci pillədə tamamlayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью