M6 ekspres marşrutu bu stansiyada da dayanacaq

22.08.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami”metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq. Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin ediləcək.

Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью