Maaş qane etmədi, bölgə klubuna “yox” dedi

19.06.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Karvan” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi “Araz Naxçıvan”dan ayrılan Vadim Abullayevi gündəminə alıb. Tərəflər arasında ilkin danışıqlar da baş tutub. Ancaq razılıq əldə olunmayıb.

Buna səbəb maaş məsələsidir. “Karvan”ın  təklif etdiyi əmək haqqı futbolçunu razı salmayıb. O, bu maaşa oynamaq istəmədiyini bildirib.

Millimizin futbolçusu ötən mövsüm Naxçıvan klubunun heyətində 27 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью