Maaşının azaldılmasına razılaşdı

08.09.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Frenki de Yonq klubu ilə yeni müqavilə imzalamağa yaxındı.

“El Mundo Deportivo”nun məlumatına görə, “Barselona” rəhbərliyinin təklif etdiyi yeni anlaşmada 28 yaşlı futbolçunun maaşının azaldılması nəzərdə tutulur. Deyilənə görə, niderlandlı oyunçu özü də yeni müqaviləyə müsbət yanaşıb.
Frenkinin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Frenki ötən mövsüm komandada 46 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью