Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir çox işçi maaş artımı mövzusunu gündəmə gətirməkdə çətinlik çəkir.
Demokrat.az xəbər verir ki, psixoloqların fikrincə, problemin əsas səbəbi tələbin özündən yox, onun ifadə formasından qaynaqlanır.
Şəxsi ehtiyaclar yox, işə töhfə önə çəkilməlidir
Maaş artımı tələbi şəxsi problemlərlə əsaslandırılmamalıdır. Bu cür yanaşma rəhbərlik tərəfindən emosional arqument kimi qəbul edilir və adətən təsirli olmur. Əvəzində, işçinin gördüyü işlər, əldə olunan nəticələr və şirkətə verdiyi real töhfələr ön plana çıxarılmalıdır.
Düzgün zaman seçimi həlledici rol oynayır
Maaş mövzusunun gündəmə gətirilməsi üçün vaxt amili xüsusi əhəmiyyət daşıyır. Uğurlu layihələrdən sonra, şirkətin maliyyə vəziyyətinin sabit olduğu dövrlərdə və rəhbərliyin daha açıq olduğu anlarda edilən müraciətlər daha müsbət qarşılanır.
Faktlar və rəqəmlər inandırıcılığı artırır
Ümumi ifadələr yerinə konkret göstəricilər təqdim edən işçilərin tələbləri daha ciddi qəbul olunur. Satış artımı, xərclərin azaldılması, yeni məsuliyyətlərin üzərinə götürülməsi kimi faktlar rəhbərlik üçün əsas qərar meyarları hesab olunur.
Müqayisə etmək əvəzinə mövqe qurmaq tövsiyə olunur
Digər əməkdaşlarla maaş müqayisəsi aparmaq əks təsir yarada bilər. Bu yanaşma əvəzinə, işçinin öz mövqeyinin, vəzifə yükünün və məsuliyyət səviyyəsinin artmasını vurğulaması daha məqsədəuyğundur.
Birbaşa tələb yox, sual formatı daha effektivdir
Maaş artımı ilə bağlı sual vermək rəhbərliyi dialoqa cəlb edir. Məsələn, maaş artımı üçün hansı meyarların əsas götürüldüyünü soruşmaq tərəflər arasında daha konstruktiv müzakirə yaradır.
Mənfi cavab olduqda yol xəritəsi istənilməlidir
Maaş artımı dərhal mümkün olmadıqda, işçi gələcək üçün konkret şərtlərin və zaman çərçivəsinin müəyyənləşdirilməsini istəməlidir. Bu addım işçinin uzunmüddətli planlaşdırma bacarığını nümayiş etdirir.
Maaş artımı tələbi düzgün strategiya ilə irəli sürüldükdə rəhbərlik tərəfindən daha anlayışla qarşılanır. Sakit üslub, faktlara əsaslanan arqumentlər və qarşılıqlı dialoq maaş artımı yolunda əsas amillər sayılır.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, psixoloqların fikrincə, problemin əsas səbəbi tələbin özündən yox, onun ifadə formasından qaynaqlanır.