Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir

02.04.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir

"Mançester Yunayted" yeni transferlər üçün maaş büdcəsini azaltmağa hazırlaşır.

QOL.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, klub həftəlik maaş xərclərini ən azı 1.2 milyon funt sterlinq azaltmağı planlaşdırır.

Bildirilib ki, mövsümün sonunda Kazemiro ilə yolların ayrılması artıq təsdiqlənib. Həmçinin hazırda icarədə olan Ceydon Sanço, Markus Reşford və Rasmus Heylundla da vidalaşmaq nəzərdə tutulub. Qapıçı Andre Onana üçün isə yeni klub axtarılır.

Qeyd edək ki, bu futbolçuların gedişi klubun illik büdcəsində 62 milyon funtdan çox qənaət etməsinə imkan verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью