Maaşlar gecikirsə, işçiyə əlavə faiz necə ödənilir? CAVAB

19.05.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu əmək haqqlarının verilməsində gecikmələrlə bağlıdır.

Bəzən işçilərin əmək haqqlarının verilməsində bir neçə gün gecikmələr olur.

Qanunla gecikmələrdən sonra maaşlar verildikdə, işçinin faiz tələb etmə hüququ varmı? 

Lent.az xəbər verir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, eləcə də bu hal fərdi əmək mübahisəsi yaratmadığı müddətdə, gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью