Maaşların gecikməsi ilə bağlı Şahin Bağırovdan AÇIQLAMA: Ajiotaja ehtiyac yoxdur | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əməkhaqlarını ala bilməməsinə dair xəbərlər yayılıb.
Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əməkhaqları verilmir.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib: "Bəzi texniki məsələlər var.
Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu