Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur türkiyəli müğənni Mabel Matizin "Ha Leylim" adlı mahnısının sözləri və klipi ilə bağlı hazırlanan iddianamə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Mabel Matiz kimi tanınan Fatih Karacanın "mətbuat və yayım vasitəsilə əxlaqsız görüntü, yazı və ya sözləri yaymaq, yayılmasına vasitəçilik etmək" ittihamı ilə altı aydan üç ilə qədər həbsi tələb olunub.
Qeyd olunub ki, sözügedən klipdə cəmiyyətin ümumi əxlaqı ilə bağlı qəbul edilmiş normalar pozulub.