Mabel Matizin sevənlərinə qorxulu xəbər Virusa yoluxdu

17.07.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli məşhur müğənni Mabel Matizin COVID-19 testi müsbət çıxıb. O, 17-18 iyul tarixlərində Harbiye Açıq Səhnədə keçirilməsi planlaşdırılan və bütün biletləri satılmış konsertlərinin təxirə salındığını elan edib.

Milli.Az xəbər verir ki, sosial media hesabında paylaşım edən sənətçi bildirib ki, COVID-19-a bağlı yuxarı tənəffüs yolları infeksiyası səbəbilə səhnəyə çıxması həkimlər tərəfindən məsləhət görülməyib:
"Səhnəyə çıxıb sizə layiq olduğunuz konserti verə bilmədiyim üçün çox təəssüflənirəm", - deyə Matiz yazıb.

Konsertlər ləğv olunmayıb, sadəcə daha sonrakı tarixə təxirə salınıb. Yeni tarixlər Mabel Matizin rəsmi kanalları vasitəsilə açıqlanacaq.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью