Maçado bu gün məşqə çıxıb, amma...

13.03.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Ölkə kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununda zədələnən “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado hələ də yaşıl meydana dönməyib.

Felipe Santosun da qarşıdakı oyunda “qırmızı-ağlar”a kömək edə bilməyəcəyini nəzərə alsaq, Ramonun yeri çox görünüəcək. Bu üzdən klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq:

“Maçado bu gün komanda ilə məşqdə idi, nə vaxt oynayıb-oynamayacağına isə baş məşqçi qərar verəcək. Baş məşqçi nə vaxt hazır olduğuna əmin olsa, şans verəcək’’


AYAZ ZEYNALZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью