Maçadonun seçki çağırışı rədd edildi

10.06.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Venesuela hökuməti müxalifət lideri, Nobel Sülh Mükafatına namizəd göstərilmiş Maria Korina Maçadonun ölkədə yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı danışıqlara başlamaq çağırışını qəbul etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə VTV məlumat yayıb.

Bildirilib ki, daxili işlər naziri və hakim Venesuela Birləşmiş Sosialist Partiyasının baş katibi Diosdado Kabello müxalifətin bu məsələ ilə bağlı hökumətlə danışıqlar aparmaq təklifini qəti şəkildə rədd edib.

Kabello bildirib ki, yeni seçkilərin keçirilməsi hökumətin gündəmində deyil və Maria Korina Maçado ilə bu mövzuda hər hansı dialoq mümkün sayılmır.

Nazir həmçinin hazırda ölkə rəhbərliyini icra edən Delsi Rodrigesin müxalifətlə gizli danışıqlar apardığına dair iddiaları da təkzib edib. Onun sözlərinə görə, müxalifət ölkədə siyasi proseslərin şərtlərini müəyyən etmək imkanına malik deyil.

Maria Korina Maçado isə Venesuelada siyasi keçidin bütün tərəflərin iştirakı və qarşılıqlı təminatlar əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, belə bir proses baş tutmasa, ölkədə vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edib.

Müxalifət lideri dinc siyasi keçid üçün seçkilərin keçirilməsinin vacib olduğunu bildirərək, bu məqsədlə hökumətlə danışıqlara hazır olduğunu bəyan edib.

Maçado yaxın vaxtlarda Venesuelaya qayıtmağı və qarşıdakı seçkilərdə iştirak etməyi planlaşdırdığını da açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью