Macar klubundan qeyri adi heyət Şəkil

09.10.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Macar klubundan qeyri-adi heyət - Şəkil

Macarıstanın yüksək liqa təmsilçisi “Zalaegerseq” klubu qeyri-adi addımı ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, klub ölkə çempionatının 9-cu turunda “Nyiredhaza” ilə keçiriləcək oyun üçün start heyətini fərqli formada təqdim edib.

Belə ki, futbolçuların şəkilləri və adları əvəzinə sahibsiz itlərin fotoları və ləqəbləri yerləşdirilib.

Klubun rəsmi saytının məlumatına görə, aksiya sahibsiz heyvanların probleminə diqqət çəkmək və sığınacaqlardakı itlərin yeni ailələrə sahibləndirilməsinə dəstək vermək məqsədi daşıyır.

Qeyd edək ki, “Zalaegerseq” – “Nyiredhaza” matçı oktyabrın 11-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью