Macarıstan 2025 ci ildə Drujba kəməri ilə 5 milyon ton Rusiya nefti alacaq

15.10.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstan 2025-ci ildə Drujba kəməri ilə təxminən 5 milyon ton Rusiya nefti alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və İqtisadi Əlaqələr naziri Peter Siyarto Rusiya Enerji Həftəsi (REW) çərçivəsində jurnalistlərə bildirib.

"Təxminən 5 milyon ton olacaq. Hazırda biz 3,6 milyon tondayıq və müqaviləyə əsasən, təxminən 5,5 milyon ton gələcək", - o bildirib.

Macarıstan 2026-cı ildə Rusiyadan neft alışını eyni səviyyədə saxlamağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью