Macarıstan ABŞ dan HIMARS və digər müasir silahlar almağı planlaşdırır

09.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstan hökuməti ABŞ-dan HIMARS reaktiv yaylım atəşi sistemləri və digər müasir silah növləri almağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Kristof Salay-Bobrovnitski məlumat verib.

Nazir bildirib ki, HIMARS sistemi ölkənin növbəti onillik üçün silahlı qüvvələrin inkişaf planına daxil edilib.
Onun sözlərinə görə, bu sistem Macarıstanın strateji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью