Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az “Nezsava” nəşrinə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Ultrahang” YouTube-kanalına müsahinbəsində belə deyib.
Macarıstanın Aİ-yə üzvlüyündən danışan siyasətçi qeyd edib ki, nəzəri cəhətdən müəyyən məqam var, ondan sonra bu ittifaqa üzv olmağın mənası yoxdur.
“Macar seçicilərə bir şeyi vəd edə bilərəm: görsəm ki, artıq buna dəyməz, sözümü deyəcəyəm. Amma hələlik buna ehtiyac görmürəm”, - Macarıstan hökumətinin başçısı vurğulayıb.
Baş nazirin sözlərinə görə, dünya onun “transatlantik parçalanma” adlandırdığı iki hissəyə bölünüb. Buna əsasən, Avropaya xas mütərəqqi-liberal tərəf və ABŞ-nin başçılıq etdiyi mühafizəkar-millətçi tərəf mövcuddur.
- Avropa müharibə, Amerika isə sülh tərəfdarıdır və fikir ayrılıqları artır, vəziyyət qeyri-sabitdir”, - Viktor Orban deyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Macarıstanın Aİ-yə üzvlüyündən danışan siyasətçi qeyd edib ki, nəzəri cəhətdən müəyyən məqam var, ondan sonra bu ittifaqa üzv olmağın mənası yoxdur.