Macarıstan Aİ ni məhkəməyə verir SƏBƏB

14.11.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Macarıstan Rusiya qazından imtina qərarına görə Aİ-ni məhkəməyə verəcək.

"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban yerli radioya müsahibəsində deyib. 

"Biz Brüsselin Avropa dəyərlərinə zidd olan bu açıq-aşkar qanunsuz qərarını qəbul etmirik, Avropa Ədalət Məhkəməsinə müraciət edirik", - Orban bildirib.

Oktyabrın ortalarında Aİ Şurası 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılmasını təsdiqləyib. Mövcud müqavilələr üçün keçid dövrü 2028-ci il yanvarın 1-dək davam edəcək. Təchizatda problemlər yaranarsa, qadağanın aradan qaldırılması üçün tədbir də planlaşdırılır.

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью