Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Macarıstan Avropa İttifaqı hökumətlərinin Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurmaq üçün ixtisaslı səs çoxluğu ilə qəbul etməyi planlaşdırdığı qərara qarşı çıxıb.
Bu barədə baş nazir Viktor Orban facebookda paylaşım edib.
Orbanın sözlərinə görə, Brüsselin atdığı bu addım Aİ-yə “düzəlməz zərər” vuracaq:
“Brüssel bu gün Rubikonu keçəcək və yazılı səsvermə başlayacaq. Macarıstan qərara etiraz edir və qanuni vəziyyəti bərpa etmək üçün əlindən gələni edəcək.”
Bildirilib ki, qərar təsdiqlənəcəyi təqdirdə, Rusiya aktivlərinin dondurulması hər altı aydan bir veto tələb etməyəcək. Bu isə Ukraynanın maliyyələşdirilməsi üçün həmin aktivlərdən istifadə planına Macarıstan və Slovakiyanın qarşı çıxma imkanlarını məhdudlaşdıracaq.
Günay