Macarıstan Aİ nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi

17.04.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avro hərbi yardım göstərməsinə imkan verməyib.

Ölkə.Az xəbər verir ki, Lüksemburqda keçirilən iclasda Aİ-nin xarici siyasət rəhbəri Kallasın Ermənistana hərbi yardım təklifini Macarıstandan başqa bütün Aİ ölkələri xarici işlər nazirləri dəstəkləyib. Yeganə olaraq Budapeşt bu qərarın qəbuluna veto qoyub.

Ermənistan Aİ-dən ilk dəfə ötən ilin iyulunda 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edib, bu məslə həllini tapmadığından Budapeşt  Ermənistana hərbi yardımın ayrılmasına mane olub. 

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью