Macarıstan Aİ nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb

20.03.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Macarıstan tərəfi növbəti dəfə Avropa İttifaqının dövlət və hökumət başçılarının Ukraynaya dəstək sammitinin yekun sənədini bloklayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli nümayəndəsi Brüssel görüşündə jurnalistlərə bildirib.

“Ukrayna ilə bağlı nəticələr 26 ölkə formatında əvvəlki sammitdə olduğu kimi düsturla təsdiq edilib. Martın 6-da Aİ-nin fövqəladə sammitində Macarıstan Ukrayna ilə bağlı yekun sənədi razılaşdırmaqdan imtina etdi, çünki o, xüsusilə Aİ-nin “güc vasitəsilə sülhə nail olmaq” prinsipi ilə razılaşmır”, - deyə o qeyd edib.

Nəticədə Aİ yekun sənədə 26 ölkə tərəfindən imzalanmış Ukraynanı dəstəkləyən ayrıca mətn əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью