Macarıstan Aİ yə QARŞI ÇIXDI “Rusiyasız Avropanın təhlükəsizliyi təmin oluna bilməz”

08.03.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Avropa ölkələrinin təhlükəsizliyinin təmin olunmasını Rusiyasız təsəvvür etmək mümkün deyil”.
Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Avropanın uzunmüddətli təhlükəsizliyinin Rusiyanı bu məsələ ilə bağlı müzakirələrdən kənarlaşdırmaqla əldə oluna biləcəyini düşünmək böyük səhv olardı”, - o vurğulayıb.
Siyartonun sözlərinə görə, Avropa təkbaşına Ukraynaya yardımın öhdəsindən gələ bilməyəcək:
“ABŞ Kiyevə tədarükün dayandırılması variantını seçib, çünki Ağ Ev münaqişənin sülh yolu ilə həll olunmasını istəyir”.
Xatırladaq ki, Aİ-yə üzv ölkələrin rəhbərlərindən yalnız Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya maliyyənin davam etdirilməsi ilə bağlı bəyanatı imzalamaqdan imtina edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью