Icma.az, Ayna portalına istinadən məlumat verir. “Macar seçicilərə bir şey vəd edə bilərəm: görsəm ki, artıq buna dəyməz, öz sözümü deyəcəyə
AYNA.AZ “Neszava”ya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
O Macarıstanın Aİ-yə üzvlüyündən danışaraq bildirib ki, nəzəri cəhətdən müəyyən məqam var ki, “ondan sonra bu İttifaqa üzv olmağın artıq mənası olmayacaq”.
“Macar seçicilərə bir şey vəd edə bilərəm: görsəm ki, artıq buna dəyməz, öz sözümü deyəcəyəm”, - Baş nazir vurğulayıb.
Orbanın sözlərinə görə, bütün dünya onun “transatlantik parçalanma” adlandırdığı iki yerə parçalanıb: “Buna əsasən, Avropaya xas mütərəqqi-liberal tərəf, Amerika rəhbərliyi ilə mühafizəkar-millətçi tərəf var.
Avropa müharibə tərəfdarıdır, Amerika sülh tərəfdarıdır və çatlar böyüyür, vəziyyət qeyri-sabitdir".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.