Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları artırıb

20.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, birbaşa xarici investisiyaların həcmi il ərzində 5,15 dəfə və ya 821,195 milyon ABŞ dolları artıb.

Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Macarıstandan yatırılan investisiyaların payı 14,5 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 7,046 milyard ABŞ dolları (+5,83 %) həcmində birbaşa xarici investisiyalar yatırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью