Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: Qarşımıza qoyduğumuz hədəflərə çatdıq

27.04.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Macarıstanın "Vaşaş" komandası mövsümün əvvəlində qarşısına qoyduğu bütün hədəflərə çatıb".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında klubun azərbaycanlı voleybolçu Ayşən Abduləzimova deyib.

O, komandası ilə növbəti dəfə ölkə çempionu olması ilə bağlı fikirlərini bildirib: "Artıq beşinci dəfə Macarıstan çempionu oluram. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq. Həm çempionatın, həm də ölkə kubokunun qızıl medallarına sahib çıxdıq. Final oyunlarında 3 qələbə qazandıq. CEV Kubokunda da yaxşı nəticələrə imza atmışdıq".

Qeyd edək ki, finalda "Bekeşçaba" ilə qarşılaşan "Vaşaş" üç görüşdə də 3:0 hesabı ilə qalib gələrək ardıcıl 4-cü ölkə çempionluğunu bayram edib. Sonuncu qarşılaşmada Azərbaycan voleybolçusu 10 xal toplayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью