Macarıstan Ermənistanı məğlubiyyətə uğradıb VİDEO

11.10.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunun Macarıstan - Ermənistan oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç “Puşkaş Arena”da (Budapeşt, Macarıstan) baş tutub.

Meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

Hesabı 56-cı dəqiqədə Danial Lukaç açıb, Jombor Qruber isə 90+4-cü dəqiqədə oyunun yekun nəticəsini müəyyən edib.

Bu oyundan sonra Macarıstan dörd xalla F qrupunda ikinci, Ermənistan üç xalla üçüncüdür.

Növbəti mərhələdə Macarıstan oktyabrın 14-də səfərdə Portuqaliya, Ermənistan isə həmin gün İrlandiya ilə səfərdə qarşılaşacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью