Macarıstan hökuməti fərdi evlərdə günəş panellərinin quraşdırılmasına subsidiya ayırır

08.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Budapeşt, 8 aprel, AZƏRTAC

Macarıstan hökuməti dam örtükləri və digər binalar da daxil olmaqla, öz mülklərində günəş panelləri quraşdırmaq və təmiz enerji mənbəyi kimi təbiətin üstünlüklərindən yararlanmaq istəyən fərdi ev sahiblərinə dəstəyini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin bugünkü bülletenində deyilir.

Macarıstanda artıq bir neçə ildir ki, dövlət özəl mülkiyyətə günəş panellərinin quraşdırılmasına subsidiya ayırır. Quraşdırma və sənədləşdirmə üçün bütün avadanlıq və xidmətlərin təxmini dəyəri 15 min avrodur. Bu vəsaitin 66 faizini dövlət öz üzərinə götürür, qalan hissəsini isə vətəndaşlar ödəyir. Müqavilənin şərtlərinə görə, ev sahibi günəş şüalarının yaratdığı enerjidən istifadə etməyə başlayır. Əgər ev təsərrüfatlarının istehlak etməyə vaxtı olmadığı bir profisit yaranarsa, dövlət enerji inhisarçısı bu izafiliyi əks rejimdə hər kilovat üçün 1 sent simvolik qiymətə götürür.

Bu proqram, tədqiqatdan da göründüyü kimi, əhali arasında böyük dəstək alır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью