Macarıstan hökümətindən gözlənilməz qərar Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

03.04.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmaq barədə qərarını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs, sosial media hesabından etdiyi paylaşımda "Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edir. Dövlət naziri Gergely Gulyas hökumətin ICC-dən çıxma qərarını verdiyini açıqladı. Prosess  Macarıstanın konstitusiya və beynəlxalq hüquqi öhdəlikləri çərçivəsində cümə axşamı günü başlayacaq" deyə qeyd edib.

Qeyd edək ki, bu qərar İsrailin baş naziri Benyamin Netanyahunun Macarıstana səfəri zamanı qəbul edilib və onun barəsində BCM tərəfindən həbs qərarı verilib.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью