Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Macarıstan cümə günü Aİ səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım haqqında sənəd layihəsini bloklayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropanın “Politico” jurnalı məlumat yayıb.
Məlumata görə, Budapeşt "təhlükəsizlik zəmanətləri və icmanın Kiyevə verə biləcəyi yeni hərbi yardım paketi ilə bağlı Ukraynaya dair sənəd layihəsini rədd edib".