Macarıstan Kiyevə silah verməyəcək

03.06.2026

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Budapeştin Ukraynaya silah tədarükü və ya bu ölkədə mümkün sülhməramlı əməliyyatda iştirak etmək planı yoxdur

Budapeştin Ukraynaya silah tədarükü və ya bu ölkədə mümkün sülhməramlı əməliyyatda iştirak etmək planı yoxdur. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Berlində Macarıstanın yeni Baş naziri Peter Madyar Almaniya kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, Kiyev Transkarpatiyadakı macar azlığının hüquqlarını pozmağa davam etdiyi müddətcə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasına mane olmaq niyyətindədir.

Eyni zamanda, Madyar Ukraynadakı macar azlığı məsələsi ilə bağlı tezliklə razılığa gələcəyini gözləyir.

Macarıstanın Baş naziri bildirib ki, texniki danışıqları bu həftə başa çatdırmağa ümidlidir: “Əgər bu baş verərsə, gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə və Macarıstan-Ukrayna münasibətlərində yeni bir fəsil açmağa hazıram”.

O həmçinin Macarıstanın Avropada "dürüst və etibarlı tərəfdaş" olacağına söz verib: "Əlbəttə ki, biz həmişə razılaşa bilməyəcəyik. Amma biz sadəcə prinsipial olaraq veto qoymayacağıq.

Öz növbəsində, Merz Viktor Orbanın xələfini Berlində Macarıstan hökumətinin başçısı kimi qarşılayaraq, ona Macarıstanı "Avropanın ürəyinə" qaytarmaqda tam dəstəyini vəd edib. 45 yaşlı siyasətçinin Almaniyaya ilk səfəri zamanı Merz Macarıstanda hakimiyyət dəyişikliyinə səbəb olan parlament seçkilərində mərkəz-sağçı “Tisza” Partiyasının qələbəsini "bütün Avropa üçün ilham mənbəyi" adlandırıb.

Qeyd edək ki, Madyarın sələfi Orban illərdir veto hüququndan istifadə edərək bir çox vacib Aİ qərarlarını bloklamışdı. 2026-cı ilin ilk aylarında o Ukraynaya 90 milyard avroluq krediti təsdiqləməkdən imtina etdi. Aprel ayında Madyar və “Tisza” Partiyası parlament seçkilərində böyük qələbə qazanaraq səslərin üçdə ikisini qazandı. Bundan sonra Madyar Macarıstan siyasətində sistemli bir dönüş elan etdi: o cümlədən Ukraynaya verilən kreditin qarşısının alınması və qonşusuna qarşı tammiqyaslı müharibəsini davam etdirən Rusiyaya yeni sanksiyalar tətbiq edilməsi kimi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью