Macarıstan Rusiyanın tərəfindədir? Orban açıqladı

31.01.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Macarıstan hökuməti Rusiya ilə Ukrayna arasındakı münaqişədə tərəf tutmaq niyyətində deyil və məsələlərin həllində yalnız öz milli maraqlarını rəhbər tutacaq.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Fidesz-Macarıstan Vətəndaş Birliyi Partiyasının fəalları ilə keçirilən görüşdə çıxış edərkən deyib.

Orban çıxış edən zaman iştirakçılardan biri Macarıstanın NATO üzvü olduğunu və alyansın digər üzvlərinin Ukraynanı fəal şəkildə dəstəklədiyini nəzərə alaraq, Ukrayna münaqişəsində Macarıstanın hansı tərəfdə olduğunu soruşub.

“Danışdığınız məsələ Brüsseldə oynanan masaüstü oyuna bənzəyir. Niyə biz Macarıstanın kimin tərəfində olacağını seçməliyik? Mən niyə hansısa tərəfdə olmalıyam, əgər Macarıstanın tərəfindəyəmsə?”, - deyə Orban cavablandırıb.

Baş nazir hökumətinin beynəlxalq məsələlərdə mövqeyini öz milli maraqlarına əsaslanaraq müəyyən edəcəyinə və bu maraqların həm Qərbdə, həm də Şərqdə müxtəlif ölkələrlə əməkdaşlığa uyğun olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью