Macarıstan “Sülh Şurası”na qoşulmaq üçün ödəniş etməyəcək

22.01.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstan Baş nazirinin aparat rəhbəri Gergey Gulyás bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan yeni beynəlxalq qurum — Qəzza üzrə Sülh Şurasına Macarıstanın qoşulması ölkəyə heç bir maliyyə öhdəliyi gətirməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Index.hu məlumat yayıb.
Media xəbərlərində qeyd olunurdu ki, ABŞ prezidentinin təklif etdiyi bu yeni beynəlxalq qurumda daimi status əldə etmək istəyən ölkələr təxminən 1 milyard dollar ödəməli olacaqlar.
Gulyás bildirib: “Dünənki iclasda hökumət Baş naziri Macarıstanın Sülh Şurasında iştirakını təmin etmək üçün səlahiyyətləndirib. Buna uyğun olaraq, bu gün Davosda Baş nazir bu barədə sazişi imzalayıb. Hökumətin bu qərarı mətbuata açıqlanıb və bildirmək istəyirik ki, bu heç bir maliyyə öhdəliyi yaratmır.”
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью