Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Macarıstan ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün bərqərar olması təşəbbüslərini dəstəkləyəcək.
"Ölkə.az" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Noyabr 19-da NBC News Ağ Evdəki mənbəyə istinadən Donald Trampın Ukrayna üçün 28 maddəlik sülh planını təsdiqlədiyini bildirib. Sənəd rəsmi olaraq dərc olunmayıb.
Peter Siyarto Ukraynanın Energoatom şirkəti ilə bağlı korrupsiya qalmaqalı səbəbindən Kiyevə maliyyələşdirmənin dayandırılmasına çağırıb. Ukrayna hökumət qurumları 10 noyabrda Ukraynanın enerji sektorunda əməliyyat barədə məlumat veriblər. Onlar dövlətdən 100 milyon dollar mənimsəyən mütəşəkkil cinayətkar qrupu aşkar ediblər.
Elvin
Ölkə.az