Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Brüssel Budapeştin 16 milyard avroluq müdafiə krediti üçün müraciətini təsdiqləyənə qədər Macarıstan AB-nin Rusiya əleyhinə 20-ci sanksiya paketini bloklamağa davam edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə veto qoyub və Ukraynanın “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü əngəlləməsi səbəbindən Kiyevə 90 milyard avroluq AB kreditini təsdiqləməkdən imtina edib.