Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstan və Ukrayna milliləri arasında UEFA Millətlər Liqasının ilk turunda keçirilən qarşılaşmanın sonlarında kütləvi dava baş verib.
Apasport.az xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da keçirilən görüşün 90+2-ci dəqiqəsində Ukrayna millisinin futbolçusu Aleksandr Nazarenko kobud qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bundan dərhal sonra hər iki komandanın futbolçuları arasında qarşıdurma yaranıb. Münaqişəyə məşqçilər korpusunun nümayəndələri də qoşulublar.
Hakimlər və digər şəxslərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. İnsidentin ardından Macarıstan millisindən Dominik Soboslai və Miloş Kerkez, Ukraynadan isə Nikolay Matviyenko və Viktor Tsıqankov sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 42-ci dəqiqədə Danilo Sikan vurub.
“Sabah”ın oyunlarına Böyük maraq Millimizdən minimalhesablı qələbə - YENİLƏNİB Millimizin matçının hakimləri bəlli oldu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb “Qalatasaray”ın etirazından sonra VAR hakimi ilə bağlı İddia