Macarıstan Ukrayna qarşısında şərt qoydu

22.02.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ukrayna "Drujba" kəməri ilə neft nəqlini bərpa etməyincə, Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklayacaq.

Oxu.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkə hesabında yazıb.

"Fevralın 23-də keçiriləcək Aİ ölkələrinin XİN Başçıları Şurasının iclasında Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbul edilməsi planlaşdırılır, lakin Budapeşt buna mane olacaq", - deyə o əlavə edib.

Siyarto əlavə edib ki, Kiyev Macarıstan və Slovakiyaya "Dujba" kəməri vasitəsilə neft tranzitini bərpa etməyincə, ölkəsi Kiyev üçün vacib olan qərarların qəbuluna icazə verməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью