Macarıstan: “Ukraynadakı münaqişənin həlli üçün səyləri gücləndirməliyik”

02.12.2024

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda ölkələr Ukraynadakı münaqişənin həlli üçün səyləri gücləndirməlidir.
Demokrat.az
xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Bu müharibənin döyüş meydanında həlli yoxdur. Ona görə də ona yalnız danışıqlar yolu ilə son qoymaq olar.Diplomatik kanallar danışıqlar üçün açıq olmalıdır”- deyə o, bildirib.
Siyarto əlavə edib ki, Ukraynada münaqişənin eskalasiyası riski indi həmişəkindən daha yüksəkdir.
Əfsanə Kamal
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью