Macarıstan Ukraynanın Aİ yə üzvlüyünü real hesab ETMİR

06.11.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Macarıstan Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmasını real perspektiv hesab etmir.

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Anita Orban Litvaya səfəri zamanı bildirib.

Nazir qeyd edib ki, ölkəsi namizəd dövlətlərin Aİ-yə üzvlük prosesində eyni tələblərə cavab verməsini və bu prosesin əldə olunan nəticələrə əsaslanmasını dəstəkləyir.

“Biz bunu real hesab etmirik. Eyni zamanda, ləyaqət və nailiyyətlərə əsaslanan üzvlük prosesini qətiyyətlə dəstəkləyirik. Hesab edirəm ki, bu məsələdə Litva ilə eyni mövqedəyik”, – deyə o bildirib.

Anita Orban vurğulayıb ki, bütün namizəd ölkələr Macarıstanın keçdiyi prosedurdan keçməlidir və Ukrayna üçün sürətləndirilmiş üzvlük prosesinə ehtiyac yoxdur.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью