525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna Macarıstanın hazırkı hökumətinin onun Avropa İttifaqına qoşulmasına icazə verməyəcəyini bildiyi üçün ölkəmizdə qarşıdan gələn parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır”.
525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə deyib.
Avropa Komissiyası Ukraynanın 2027-ci ilə qədər Aİ-yə daxil olmasını nəzərdə tutan yol xəritəsi yayıb. Orban isə bunun baş verməyəcəyinə əmindir.
"Düşünmürəm ki, Macarıstanda növbəti 100 il ərzində Ukraynanın Avropa İttifaqına qoşulmasına səs verən bir parlament olacaq. Biz onların Aİ-yə daxil olmasını istəmirik. Məhz buna görə Kiyev müxalifətin qələbəsində maraqlıdır və Budapeştin daxili işlərinə müdaxilə etməyə çalışır. Etiraf etmək lazımdır ki, ukraynalılar Macarıstanın seçki kampaniyasında fəal iştirak edəcəklər, çünki hökumət dəyişikliyi onların fundamental maraqlarına uyğundur. Mən bundan məmnun deyiləm və biz bununla mübarizə aparacağıq", - Orban bildirib.
Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin edilib.
Pərvanə Sultanova