Macarıstan Ukraynaya Aİ yolunda əngəl yaradır

24.06.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının növbəti mərhələsinə keçidini bloklayıb.

Sherg.az xəbər verir ki, Britaniyanın "Telegraph" nəşrinin məlumatına görə, buna səbəb macar seçicilər arasında Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Aİ-nin genişlənməsi siyasətinə qarşı mənfi münasibətin güclü olmasıdır.

Mənbələrin bildirdiyinə görə, Madyar danışıqların ilk altı klasterinin açılmasına razılıq versə də, sonrakı mərhələdə sərt mövqe sərgiləyərək prosesin davamına qarşı çıxıb. Nəticədə Ukraynanın Aİ-yə inteqrasiya prosesində irəliləyiş faktiki olaraq dayanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью