Macarıstan Ukraynaya silah tədarükündən imtina edib

12.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, ölkəsi Ukraynaya silah tədarük etməkdən imtina edir və onların öz ərazisindən keçirilməsinə icazə verməyəcək. Bununla belə, o, Kiyevlə münasibətləri bərpa etmək üçün “kiçik addımlar atmağa” hazır olduğunu qeyd edib və bu həftə Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi istisna etməyib.

Məlumatı “Kommersant” verib. 

Magyar vurğulayıb ki, Macarıstanın Ukraynaya hərbi yardımla bağlı mövqeyi dəyişməz olaraq qalır və buna görə də Kiyev Budapeştin silahlı dəstəyinə arxalana bilməz. Lakin o, hesab edir ki, ikitərəfli münasibətlər “tədricən yaxşılaşmalıdır”. 

May ayında Peter Magyar NATO-nun baş katibi Mark Rutteyə Budapeştin Kiyevə silah verməyəcəyini demişdi. Kreml bu qərarı alqışlamışdı. O, həm də Ukraynadakı vəziyyətin həllində diplomatik yardım göstərməyə hazır olduğunu bildirmiş, məsələ ilə bağlı danışıqlara Macarıstanın ev sahibliyini təklif etmişdi. 

Macarıstan Xarici İşlər Nazirliyi Budapeştin Moskva ilə münasibətlərin gərginləşməsində maraqlı olmadığını qeyd etmişdi.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью