Macarıstan və Qazaxıstan yeni strateji layihələri müzakirə edir

17.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın xarici işlər naziri Peter Siyartonun Qazaxıstana səfəri başlayıb.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, o, yerli energetika naziri Almasadam Satkaliyev ilə enerji sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.

P.Siyarto görüş zamanı qeyd edib ki, Macarıstanın MOL şirkəti Qazaxıstan enerji bazarında böyük uğurlar əldə edib.

"Hazırda bu şirkət Qazaxıstanın ən əhəmiyyətli yataqlarından birində beş quyudan neft və təbii qaz hasil edir. Bu gün Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev ilə yeni strateji layihələri müzakirə edəcəyik", - P.Siyarto yazıb.

Səfər çərçivəsində artıq P.Siyarto ilə Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu arasında dar və geniş formatda danışıqlar keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью