Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi sürətləndiriləcək | Icma.az
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstan və Serbiya iki ölkə arasında neft kəmərinin müştərək tikintisini sürətləndirmək barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.
Onun sözlərinə görə kəmərin Macarıstanın payına düşən 190 kilometrlik hissəsinin tikintisi 2027-ci ilin sonuna qədər tamamlanacaq.
“Ukrayna dəfələrlə Macarıstan və Slovakiyaya gedən neft kəmərinə hücum edib.
Üstəlik, Mərkəzi Avropanın təminatı üçün həyati olan qaz boru xəttini də bağlayıb.
Ukraynanın bu addımları Macarıstan-Serbiya enerji əməkdaşlığının əhəmiyyətini artırır” Siyarto qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu