Axar.az saytına istinadən Icma.az xəbər verir.
Macarıstan bioloji hücuma məruz qalmış ola bilər.
Axar.az xəbər verir ki, bu qənaətə ölkənin Nazirlər Kabineti Administrasiyasının rəhbəri Gergeli Quyaş mal-qaranın ölümünə və sərhədlərin bağlanmasına səbəb olan dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərlərə münasibət bildirərkən gəlib.
“İndiki mərhələdə virusun təbii mənşəli olmadığını istisna etmək olmaz. Süni şəkildə yaradılmış virusla qarşılaşırıq”, - deyə o bildirib.
Bununla belə, Quyaş Macarıstana bioloji hücumu hansı ölkənin həyata keçirə biləcəyini açıqlamayıb.