Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Macarıstanla sabah Bakıda keçiriləcək yoldaşlıq oyununu üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, matçın asan olmayacağını bildirib:
"Macarıstanla bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Ancaq rəqibə qarşı yaxşı oyun göstərməyə çalışacağıq. Məqsədimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, qələbə üçün çalışmaqdır. Bakıda oynadığımıza görə şansları 50/50 hesab edirəm Yaxşı oyunla qalib gəlmək mümkündür".
Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.