Macarıstanda 6 boksçumuz rinqə çıxacaq

10.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Boksçularımız Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Sport24.az xəbər verir ki, yarışda ölkəmizi 6 dəri əlcək ustası təmsil edəcək.

Məşqçilər heyəti Debretsendə Tural Sarıyev (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (65 kq), Mehdi Həsənov (70 kq), Fəqan Məmmədov (80 kq) və Sürət Qarayevə (90 kq) güvənəcək.

Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью