Macarıstanda hakimiyyət dəyişikliyi: Yeni prezident seçildi

11.08.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Macarıstanda Viktor Orban dövründən sonra siyasi dəyişikliklər davam edir.

Turkustan.az xəbər verir ki, parlamentdə üçdə iki çoxluğa sahib olan Baş nazir Peter Magyarın rəhbərlik etdiyi Tisza Partiyasının dəstəyi ilə Ali Məhkəmənin keçmiş sədri Andraş Baka ölkənin yeni prezidenti seçilib.

Bakanın prezident seçilməsi Magyarın keçmiş baş nazir Viktor Orbanın hakimiyyəti dövründə formalaşmış siyasi dayaqları zəiflətmək istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir. Macarıstanda prezident postu əsasən simvolik səlahiyyətlərə malikdir.

Baka parlamentdə Tisza Partiyasının səsləri ilə seçilib. Müxalifətdəki Fidesz Partiyasının deputatları səsvermədə iştirak etməyib.

Andraş Baka 1991-2008-ci illərdə Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi çalışıb. 2009-cu ildə Macarıstan Ali Məhkəməsinin sədri seçilib.

Baka Orban hökumətinin hakimlər üçün məcburi pensiya yaşının 70-dən 62-yə endirilməsi planını tənqid etdikdən sonra 2011-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədən kənarlaşdırılması daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab edilib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью