Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb.

02.12.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью